İdman

"Traktor"un baş məşqçisi istefa verdi - YENİ TƏYİNAT

17 Feb 2026, 15:24 1 baxış
"Traktor"un baş məşqçisi istefa verdi - YENİ TƏYİNAT
Təbriz şəhərini təmsil edən "Traktor" futbol klubunun baş məşqçisi Draqan Skoçiç tutduğu vəzifədən öz istəyi ilə ayrılıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Təbriz klubu 2024/25 mövsümündə İran çempionu adını qazanıb. Bu posta Mohammad Rabiei gətirilib. Mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Hazırda turnir cədvəlində 35 xalı olan "Traktor" ikinci sırada yer alır. Komanda lider "Gol Gohar" klubundan, sadəcə, bir xal geri qalır.
"Traktor"un baş məşqçisi istefa verdi - YENİ TƏYİNAT "Traktor"un baş məşqçisi istefa verdi - YENİ TƏYİNAT
Mənbə oxu.az

Oxşar Xəbərlər