Şou biznes

"Taxt-Tac oyunları" üzrə filmin nümayiş tarixi bəlli oldu

01 Oct 2026, 04:31 2 baxış
"Taxt-Tac oyunları" üzrə filmin nümayiş tarixi bəlli oldu
"Warner Bros." və HBO şirkətləri "Taxt-tac oyunları" ("Game of Thrones") kainatının ilk tammetrajlı filminin premyerasını 2029-cu il iyunun 6-na planlaşdırıblar. Oxu.Az "Variety" nəşrinə istinadən xəbər verir ki, "Taxt-tac oyunları: Aeqonun fəthi" ("Game of Thrones: Aegon"s Conquest") ekran əsəri indiyədək əsasən serial formatında təqdim olunan franşizanın ilk kino layihəsi olacaq. Filmin rejissoru "Yeddi Krallığın cəngavəri" layihəsi ilə tanınan Ouen Harris olacaq. Ssenarini isə "Andor" serialının ssenaristi və "Kartlar evi" ("House of Cards") layihəsinin yaradıcısı Bo Uillimon yazıb. Film Corc R. R. Martinin "Alov və qan" romanı əsasında çəkilir. Bu, "Əjdaha evi" serialının da əsasını təşkil edən mənbədir. Ekran əsəri "Taxt-tac oyunları"nın hadisələrindən təxminən 300 il əvvəl Vesterosun fəthinə rəhbərlik edən Tarqaryen sülaləsinin ilk hökmdarı I Aeqon Tarqaryenin hekayəsindən bəhs edəcək. Aeqon fəth zamanı bacıları və həyat yoldaşları Visenya və Reynislə birlikdə hərəkət edib. I Aeqon indiyədək ekran əsərlərində obraz kimi təqdim olunmayıb. Aktyor heyəti barədə isə hələlik məlumat yoxdur. Film istehsalın ilkin mərhələsindədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər