İdman
Arda Güler "Real Madrid"də ayın futbolçusu seçildi
Türkiyəli futbolçu Arda Güler İspaniyanın "Real Madrid" klubunda sentyabr ayının ən yaxşı futbolçusu seçilib. Oxu.Az xəbər verir ki, klubun "Instagram" sosial şəbəkə hesabında yayımlanan paylaşımda ayın futbolçusu seçilən 21 yaşlı Arda Güler təbrik olunub. Arda Güler cari mövsümdə "Real Madrid"in heyətində keçirdiyi 7 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mənbə
oxu.az