Dünya
ABŞ-də milyarderdən universitetə tarixi ianə: Üç milyard dollar bağışladı
"Citadel" investisiya şirkətinin rəhbəri Kennet Qriffin Pensilvaniya ştatında yerləşən Karneqi-Mellon Universitetinə rekord məbləğdə - 3 milyard dollar ianə edib. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, bu, ABŞ ali təhsil tarixində universitetə edilən ən böyük birdəfəlik ianədir. Kennet Qriffinin ianəsinin əsas hissəsi Mayamidə yeni kampusun yaradılmasına yönəldiləcək. Söhbət 2028-ci ildə fəaliyyətə başlaması planlaşdırılan kampusdan gedir. Burada 3 500-dən çox tələbənin təhsil alması nəzərdə tutulur. Vəsaitin digər hissəsi isə Karneqi-Mellon Universitetinin kompüter elmləri fakültəsinin inkişafına və universitetin digər prioritet ehtiyaclarının maliyyələşdirilməsinə yönəldiləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər