İdman
Ronaldu milli karyerasını bitirir? - Qərarının dönməz olduğu iddia edildi
Kriştianu Ronaldunun Portuqaliya millisindəki gələcəyi ilə bağlı radikal qərar qəbul etdiyi bildirilir. Oxu.Az bu barədə "O Jogo" nəşrinə istinadən xəbər verir. Mənbələr təcrübəli hücumçunun bundan sonra yığmanın formasını geyinmək niyyətində olmadığını və bu qərarın dönməz xarakter daşıdığını iddia edirlər. Hələlik nə Portuqaliya Futbol Federasiyası, nə də futbolçunun özü tərəfindən bu məlumat rəsmi şəkildə təsdiqlənib. Lakin yaranmış vəziyyət milli komandanın tarixində ən böyük qalmaqallardan birinə çevrilmək üzrədir. Məlumata görə, Ronaldu baş məşqçi Jorje Jezuşun mətbuat konfransında ulduz hücumçunu Millətlər Liqasının Danimarka ilə matçında start heyətində meydana buraxmayacağını bildirməsindən sonra yığmanın düşərgəsini tərk edib. Ronaldu düşərgəni tərk edərkən komanda yoldaşlarının heç biri ilə sağollaşmayıb. Qeyd edək ki, Ronaldu Portuqaliya millisinin heyətində 234 oyun keçirib və 146 qola imza atıb.
Mənbə
oxu.az