Dünya
Süni intellekt bəşəriyyət üçün təhlükəlidir? - ABŞ hərəkətə keçdi
ABŞ Federal Ticarət Komissiyası ("FTC") "Anthropic" və "OpenAI" də daxil olmaqla, süni intellekt (Sİ) sistemlərinin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə ABC News mənbəyə istinadən məlumat yayıb. "Wall Street Journal"ın yaydığı xəbərdə də bildirilir ki, komissiya Sİ laboratoriyalarının texnologiyanın yaratdığı təhlükələr barədə ictimaiyyəti yanıltıb-yanıltmadığını araşdırmaq üçün istehlakçıların müdafiəsi ilə bağlı səlahiyyətlərindən istifadə etməyi planlaşdırır. FTC-nin yüksəkvəzifəli əməkdaşının sözlərinə görə, araşdırma yaxın vaxtlarda başlayıb və agentlik qarşıdakı həftələrdə hər iki şirkətə mülki xarakterli rəsmi sorğular göndərməyi planlaşdırır. Araşdırmaya ehtiyac yay aylarında, bəzi halları açıq şəkildə müzakirə edən süni intellekt tədqiqatçılarının texnologiyanın bəşəriyyətin məhvinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etməsindən sonra yaranıb.
Mənbə
oxu.az