İdman

Britaniyalı nazir "Mançester Yunayted"i təhqir etdi

01 Oct 2026, 00:42 2 baxış
Britaniyalı nazir "Mançester Yunayted"i təhqir etdi
Böyük Britaniyanın təhsil naziri Lusi Pauell "Mançester Siti"nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsi ilə bağlı açıqlama verib. Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, nazir Leyboristlər Partiyasının qurultayındakı çıxışı zamanı azarkeşi olduğu "Mançester Siti"ni müdafiə edib və rəqib komandanın tərəfdarlarına sərt ifadələr işlədib. "Mən özüm "Mançester Siti"yə azarkeşlik edirəm. Mənim kimi o da futbol dünyasında "göy", siyasətdə isə əsl "qırmızı"dır. Mövzu futboldan düşmüşkən, bütün həftə boyunca sevinən o "Yunayted" azarkeşlərinə demək istəyirəm: siz hər bir halda zibilsiniz və bunu özünüz də yaxşı bilirsiniz!" - deyə Lusi Pauell bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər