Dünya
Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?
Sentyabrın 30-da Kuala-Lumpur dünyada havası ən çox çirklənmiş iri şəhər olub, Sinqapur isə qlobal reytinqdə üçüncü yeri tutub. Oxu.Az AFP-yə istinadən xəbər verir ki, buna qonşu İndoneziyada baş verən meşə yanğınlarından yayılan tüstü səbəb olub. Yanğınlar bir aydan çoxdur ki, şəhərləri sıx tüstü dumanına bürüyüb. Tüstü Borneo və Sumatra adalarında yanğınların baş verdiyi ərazilərdən yayılır. İsveçrənin "IQAir" şirkətinin məlumatına görə, sentyabrın 30-da səhər saatlarında Malayziyanın paytaxtı Kuala-Lumpurda havanın keyfiyyəti indeksi (AQI) 166-ya çatıb. Sinqapurda isə bu göstərici 155 olub. Bu nəticə Sinqapuru dünyanın havası ən çox çirklənmiş iri şəhərləri arasında üçüncü yerə çıxarıb. AQI müxtəlif hava çirkləndiricilərinin göstəricilərini birləşdirir və onların insan sağlamlığı üçün yarada biləcəyi potensial risk barədə məlumat verir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər