İdman
PSJ "Monako" ilə oyuna ciddi itkilərlə çıxacaq
PSJ UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki ilk qarşılaşması çərçivəsində rəqib meydanında "Monako" ilə qarşılaşacaq. Oxu.Az-ın məlumatına görə, parislilər bu görüşə heyətindəki əhəmiyyətli itkilərlə yollanır. Komandanın aparıcı üzvlərindən olan Usman Dembele klubuna kömək edə bilməyəcək. Buna səbəb 28 yaşlı hücumçunun zədəli olmasıdır. Həmçinin PSJ-nin yarımmüdafiəçiləri Fabian Ruis və Senni Mayulu da sağlamlıqlarında yaranan problemlər səbəbindən oyunda iştirak etməyəcəklər. Qeyd edək ki, "Monako" - PSJ qarşılaşıması bu gecəyarısı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Mənbə
oxu.az