İdman

UEFA-dan Əliyar Ağayev və köməkçilərinə avrokubok tapşırığı

17 Feb 2026, 14:48 1 baxış
UEFA-dan Əliyar Ağayev və köməkçilərinə avrokubok tapşırığı
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək. Oxu.Az xəbər verir ki, 38 yaşlı hakim Finlandiyada yerli "KuPS" və Polşanın "Lex" komandaları arasında keçiriləcək matça təyinat alıb. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR-da ingiltərəli Stuart Attvell, AVAR-da Nicat İsmayıllı əyləşəcəklər. Qeyd edək ki, qarşılaşma fevralın 19-da, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər