İdman

"Qarabağ" - "Nyukasl Yunayted" oyununa satılan biletlərin SAYI AÇIQLANDI

17 Feb 2026, 13:28 1 baxış
"Qarabağ" - "Nyukasl Yunayted" oyununa satılan biletlərin SAYI AÇIQLANDI
Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl Yunayted" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qarşılaşma üçün indiyə kimi 27 500 bilet satılıb. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 10, 15, 25, 35, 40, 50, 75 manat təşkil edir. Xatırladaq ki, oyun sabah Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər