İdman

"Qalatasaray"ın "Yuventus"la oyunu hansı kanalda yayımlanacaq?

17 Feb 2026, 13:56 1 baxış
"Qalatasaray"ın "Yuventus"la oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin ilk qarşılaşmasında "Qalatasaray" İstanbulda İtaliyanın "Yuventus" klubunu qəbul edəcək. İzləyicilər "Qalatasaray" - "Yuventus" oyununu "CBC Sport" TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmalarında isə "Benfika" "Real Madrid" ilə, "Borrusiya Dortmund" "Atalanta" ilə üz-üzə gələcəklər. "Borrusiya Dortmund" - "Atalanta" qarşılaşması "CBC Sport" TV-də, "Benfika" - "Real Madrid" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 17 fevral Saat 21:45, "Qalatasaray" - "Yuventus" ("CBC Sport" TV). 18 fevral Saat 00:00, "Benfika" - "Real Madrid" (İctimai TV); Saat 00:00, "Borrusiya Dortmund" - "Atalanta" ("CBC Sport"TV).
Mənbə oxu.az

Oxşar Xəbərlər