İdman

Draqan Skoçiç "Traktor"dan getdi - Rəsmi

17 Feb 2026, 13:34 1 baxış
Draqan Skoçiç "Traktor"dan getdi - Rəsmi

Təbrizin "Traktor" futbol komandasının baş məşqçisi Draqan Skoçiç öz istəyi ilə postundan ayrılıb.


Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Təbriz təmsilçisi 2024/2025 mövsümündə 57 yaşlı xorvatiyalı mütəxəssisin rəhbərliyi altında İran çempionatının qalibi olub.


"Traktor" hazırda liqada 35 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider "Gol Gohar"dan cəmi 1 xal az toplayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər