İdman

"Barselona"nın oyununda qalmaqal: Yamal rəqib oyunçuya hücum edib

17 Feb 2026, 12:28 1 baxış
"Barselona"nın oyununda qalmaqal: Yamal rəqib oyunçuya hücum edib
"Barselona" klubunun və İspaniya milli komandasının gənc ulduzu Lamin Yamalla ona qarşı sərt oyun nümayiş etdirən "Jirona"nın yarımmüdafiəçisi Joel Roka arasında münaqişə yaranıb və bu zaman gərgin anlar yaşanıb. Oxu.Az xəbər verir ki, matçın əlavə olunmuş 90+9-cu dəqiqəsində meydandakı qalmaqaldan sonra kütləvi dava baş verib. Kobud qayda pozuntusundan dərhal sonra ayağa qalxan Yamal, sağlamlığına ciddi zərər vura biləcək təhlükəli müdaxiləyə görə Rokaya sərt reaksiya verib və onun üzərinə gedib. "Barselona"nın hücumçusunu sakitləşdirmək və davanın böyüməsinin qarşısını almaq üçün komanda yoldaşları bir neçə dəfə müdaxilə etməli olublar. Epizodun yekununda hakim Joelə birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb. Xatırladaq ki, sözügedən qarşılaşmada Yamal təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşma "Jirona" komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər