İdman
UEFA Çempionlar Liqasında pley-off həyəcanı başlayır
Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, pley-off mərhələsinə dörd qarşılaşma ilə start verilir. İlk oyun günündə "Qalatasaray" klubu "Yuventus"la, "Benfika" klubu "Real Madrid"lə, "Borrusiya Dortmund" klubu "Atalanta" ilə, "Monako" klubu PSJ ilə üz-üzə gələcəklər. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 17 fevral Saat 21:45, "Qalatasaray" - "Yuventus". 18 fevral Saat 00:00, "Benfika" - "Real Madrid"; Saat 00:00, "Borrusiya Dortmund" - "Atalanta"; Saat 00:00, "Monako" - PSJ.
Mənbə
oxu.az