İdman
Premyer Liqa: XX turun bağlanış oyununda lider "Sabah" qələbə qazandı
Misli Premyer Liqasının XX turunda lider "Sabah" səfərdə "Qəbələ"ni məğlub edib. Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 0:1 hesablı qələbə qazanıblar. "Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib. Bakı klubu 49 xalla turnir cədvəlində vahid liderdir. 14 xalı olan "Qəbələ" isə 10-cu sırada qərarlaşıb. Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 1:0, "Neftçi" isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. "Şamaxı" - "Turan Tovuz" matçında isə qapılara qol vurulmayıb.
Mənbə
oxu.az