İdman

"Kəpəz"in sabiq kapitanı Qazaxıstanda klubunu dəyişdi

16 Feb 2026, 19:00 1 baxış
"Kəpəz"in sabiq kapitanı Qazaxıstanda klubunu dəyişdi
"Kəpəz"in keçmiş kapitanı və müdafiəçisi olan Yeqor Xvalko Qazaxıstanda klubunu dəyişib. Oxu.Az-ın məlumatına görə, "Tobol"dan ayrılan belaruslu oyunçu karyerasını Qazaxıstanın digər təmsilçisi "Atırau"da davam etdirəcək. Artıq 28 yaşlı mərkəz müdafiəçisi ilə yeni klubu arasında 2026-cı ilin yekununa qədər qüvvədə olacaq rəsmi sözləşmə imzalanıb. Xatırladaq ki, Yeqor Xvalko 2022-2025-ci illər aralığında "Kəpəz"in şərəfini qoruyub. O, Azərbaycan klubundan ayrıldıqdan sonra "Tobol"a transfer olunmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər