İdman
"Şamaxı" - "Turan Tovuz" matçı başladığı kimi bitdi
Misli Premyer Liqasının XX həftəsində "Turan Tovuz" klubu "Şamaxı"nın qonağı olub. Oxu.Az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb. Qeydə alınan bu nəticə ilə turnir cədvəlinin dördüncü pilləsində yer alan Tovuz təmsilçisi xal ehtiyatını 34-ə yüksəldib. 24 xalı olan Şamaxı kollektivi isə səkkizinci yerdədir. Gün ərzində baş tutacaq digər oyunda isə "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək.
Mənbə
oxu.az