İdman

Gənc karateçimiz beynəlxalq turniri qızıl medalla başa vurub

16 Feb 2026, 16:36 1 baxış
Gənc karateçimiz beynəlxalq turniri qızıl medalla başa vurub
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyra şəhəri "Karate1 Gənclər Liqası" çərçivəsində beynəlxalq turnirə ev sahibliyi edib və bu yarışda Azərbaycan idmançısı yüksək nəticə göstərərək çempion olub. Oxu.Az-ın məlumatına görə, ölkəmizi bu mötəbər yarışda gənc karateçi Xədicə Qasımova təmsil edib. 52 kiloqram çəki dərəcəsində tatamiyə çıxan idmançımız qarşılaşdığı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala sahib çıxıb.
Gənc karateçimiz beynəlxalq turniri qızıl medalla başa vurub
Mənbə oxu.az

Oxşar Xəbərlər