İdman

Messi və Buskets dünya futbol tarixində yeni rekorda imza atıblar

16 Feb 2026, 15:20 1 baxış
Messi və Buskets dünya futbol tarixində yeni rekorda imza atıblar
Lionel Messi ilə Serxio Buskets yaşıl meydanlarda birlikdə keçirdikləri matçların sayını 653-ə çatdıraraq yeni dünya rekordunun sahibi olublar. Oxu.Az xəbər verir ki, sözügedən statistika barədə məlumatı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) paylaşıb. Həmin qarşılaşmaların 569-u İspaniyanın "Barselona", 84-ü isə ABŞ təmsilçisi "İnter Mayami" klubunun formasında qeydə alınıb. Bu rekord göstərici ispaniyalı yarımmüdafiəçinin sonuncu MLS mövsümünün ardından karyerasını sonlandırması ilə tamamlanıb. Bundan öncə Serxio Buskets oxşar göstərici üzrə rekordu Jerar Pike ilə birgə müəyyən etmişdi. Həmin ikili ümumilikdə 620 matçda (533-ü "Barselona", 87-si İspaniya yığması) eyni meydanı bölüşüb. Məlumat üçün bildirək ki, futbol tarixində indiyədək cəmi dörd futbolçu cütlüyü 600-dən artıq oyunda birlikdə iştirak edə bilib. Ötən il Manuel Noyer və Tomas Müller dueti də bu səddi aşaraq 611 qarşılaşmaya imza atıb. Onlar Almaniyanın "Bavariya" klubunun heyətində birgə çıxış ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər