Cəmiyyət
Travmatologiya İnstitutu yaxınlığında partlayış olub? - Video
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun yaxınlığında partlayış baş verməsi ilə bağlı məlumat yayılıb.
Axar.az xəbər verir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Vaqif Aydınoğlu Oxu.az-a açıqlamasında sözügedən ünvanda heç bir partlayış hadisəsinin baş vermədiyini bildirib.
“Lakin ərazidə olan transformatorun izolyatorlarından biri sıradan çıxıb. Hazırda izolyatorun yenilənməsi işi gedir. Ərazidə heç bir elektrik kəsintisi yoxdur", - V.Aydınoğlu bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu barədə çağırış daxil olmayıb.
Mənbə
axar.az