Dünya

BMW avtomobillərini modifikasiya edən şirkəti satır

03 Oct 2026, 06:32 3 baxış
BMW avtomobillərini modifikasiya edən şirkəti satır
BMW avtomobillərinin modifikasiyası ilə tanınan "AC Schnitzer" tüninq şirkəti yaz aylarında fəaliyyətini dayandıracağını açıqlamışdı. Lakin şirkətin bu il yenidən fəaliyyətə başlaması gözlənilir. Rotterdamda yerləşən "AM Group" şirkəti "AC Schnitzer"i hazırkı sahibindən almağa hazır olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc olunub. Açıqlamada bildirilir ki, "AM Group" avtomobillərin fərdiləşdirilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən şirkətləri birləşdirən yeni holdinqdir. Holdinqin tərkibindəki markalar artıq 30 ölkənin bazarında fəaliyyət göstərir və tanınır. Alqı-satqı prosesinin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. "Evolve" və "Eventuri" şirkətlərinin ortaq təsisçisi İmran Ərşad "AC Schnitzer"in yeni rəhbəri olacaq. O, şirkətin mühəndislərinin ənənəvi peşəkarlığını və təcrübəsini qorumaq üçün əlindən gələni edəcəyini vurğulayıb. "AC Schnitzer"in yeni tərkibdə hansı layihələri həyata keçirəcəyi barədə hələlik rəsmi məlumat yoxdur. Qeyri-rəsmi mənbələrin məlumatına görə, mütəxəssislər artıq "iX3" krossoveri də daxil olmaqla, bir neçə yeni BMW modeli üzərində işləyirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər