Dünya

İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə

03 Oct 2026, 04:00 2 baxış
İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə
Yaponiyalı alimlər insan kök hüceyrələrindən yetişdirilən hipofiz toxumasını makaka meymununa köçürüblər. Əməliyyatdan sonra heyvanın qanında kortizol istehsalını tənzimləyən hormonların səviyyəsi artıb. Oxu.Az xəbər verir ki, bu barədə Naqoya Universiteti məlumat yayıb. Təcrübədən əvvəl makakanın hipofiz vəzi cərrahi yolla çıxarılıb. Daha sonra heyvana köçürülən orqanoidlərin tərkibində adrenokortikotrop hormon (AKTH) ifraz edən hüceyrələr olub. Bu hormon böyrəküstü vəzilərə kortizol istehsalını stimullaşdıran siqnal göndərir. Köçürülən toxuma altı həftə ərzində bu funksiyanı yerinə yetirib. Alimlər həmçinin hormon çatışmazlığı nəticəsində yaranan çəki itkisinin sürətinin azaldığını müşahidə ediblər. Heyvanın immun sistemi yad toxumanı aktiv şəkildə rədd etməyə çalışsa da, transplantasiyadan üç ay sonra belə, köçürülən toxumanın olduğu nahiyədə canlı hüceyrələr aşkarlanıb. Makaka üzərində aparılan təcrübədən əvvəl bu üsul siçanlar üzərində də sınaqdan keçirilib. Siçanlarda orqanoidlər altı aydan çox müddət ərzində hormon ifraz edib. Bu heyvanların ömrü əməliyyat keçirilməyən siçanlarla müqayisədə daha uzun olub.
İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə
Mənbə oxu.az

Oxşar Xəbərlər