Dünya

"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu

03 Oct 2026, 03:32 2 baxış
"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu
"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanın ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi də iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil. "Son on ildə anladıq ki, pərəstişkarlar daha çox "Forsaj" istəyirlər. Onlar kult personajlar və onların hekayələri haqqında daha çox məlumat əldə etmək istəyirlər. Bütün bu müddət ərzində televiziya sahəsinə daxil olmaq üçün uyğun vaxtı gözlədik", - deyə Dizel bildirib. Serialın premyerası 2028-ci ilə planlaşdırılıb. Bu tarix franşizanın son filmi olan "Forsaj əbədi olaraq"ın ekranlara çıxışı ilə üst-üstə düşə bilər. Filmin premyerası 2028-ci il martın 17-nə nəzərdə tutulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər