İdman
İdmandan kənar: Eqonun yaraşdığı tək adam
Çətin keçən uşaqlıq, problemli yeniyetməlik dövrü, küçə həyatı və xırda oğurluqlarla dolu keçmişdən dünya futbolunun ən parlaq simalarından birinə çevrilməyə uzanan yol. Oxu.Az-ın "İdmandan kənar" rubrikası bu dəfə oxuculara Rusenqordun çətin küçələrindən futbolun zirvəsinə yüksələn, xarakteri və istedadı ilə yaşıl meydanlarda silinməz iz qoyan Zlatan İbrahimoviçin keşməkeşli həyat hekayəsini təqdim edir. 1981-ci il oktyabrın 3-də İsveçin Malmö şəhərində dünyaya göz açan Zlatanın ailə kökləri Bosniya və Herseqovinaya (ata) və Xorvatiyaya (ana) gedib çıxır. Lakin onun ailə bütövlüyü cəmi iki il davam edib və valideynləri ayrılıb. Atasının alkoqol asılılığından əziyyət çəkməsi və anasının təmizlik işçisi kimi çalışaraq ailəni dolandırmaq məcburiyyətində qalması Zlatanın uşaqlığını sınaqlara məruz qoyub. Əsasən anasının himayəsində böyüyən gələcək ulduz sonradan verdiyi müsahibələrdə ailəsinin dağılmasının və o illərin onun üçün heç də asan keçmədiyini dəfələrlə vurğulayıb. "Məni futbol xilas etdi" İbrahimoviçin böyüdüyü Malmö şəhərinin Rusenqord məhəlləsi kifayət qədər təhlükəli ərazi kimi tanınırdı. Buna baxmayaraq, bura Zlatanın uşaqlıq xatirələrinin, ilk dostluqlarının və futbola olan sevgisinin mərkəzinə çevrilib. UEFA-ya verdiyi müsahibələrin birində o, həmin məhəlləni özünün "cənnəti" adlandırıb. Səbəb isə sadə idi: burada onun əyləncəsi, dostları və ən əsası futbol var idi. Zlatanın xatirələrinə görə, o dövrdə futbol hər yeri əhatə edirdi - məktəbdə, evdə, həyətdə, hətta məşqlərdən əvvəl və sonra belə top ondan ayrılmırdı. Lakin o illər təkcə topla məhdudlaşmırdı. Yeniyetməlik dövründə xırda oğurluqlarla, xüsusən də velosiped oğurlamaqla məşğul olduğunu etiraf edən İbrahimoviç sonradan həmin dövrü belə xatırlayıb: "Mənim üçün futbol hər şey idi. Əgər o olmasaydı, bu gün özümü harada və hansı vəziyyətdə görəcəyimi təsəvvür belə edə bilmirəm". Futbolçu öz həyat yolunu Rusenqord kimi yerlərdə böyüyən uşaqlar üçün canlı bir mesaja çevirdi: İnsan haradan gəlməsindən asılı olmayaraq, özünə inandığı təqdirdə tamamilə yeni və uğurlu bir həyat qura bilər.
Altı yaşında başlayan böyük macəra Ulduz futbolçunun yaşıl meydanlarla ilk tanışlığı altı yaşına təsadüf edir. Məhəllə meydançalarında top qovan kiçik Zlatan qısa müddət ərzində həm unikal texnikası, həm də fərqli oyun üslubu ilə yaşıdlarından fərqlənməyə başlayıb. O, ilk addımlarını "Malmö" və "Balkan" kimi yerli klubların heyətində atıb. Maraqlıdır ki, futbola paralel olaraq taekvondo ilə də dərindən maraqlanan Zlatan bu idman növündə qara kəmər almağı bacarıb. Mütəxəssislərin fikrincə, onun yaşıl meydanlarda nümayiş etdirdiyi qeyri-adi və akrobatik zərbələrin kökündə məhz bu döyüş sənəti təcrübəsi dayanır.
"Problem uşaq"dan peşəkar futbolçuya Zlatanın yeniyetməlik illəri də sakit keçməyib. Onun aqressiv və idarəolunmaz xarakteri meydanda və kənarda davamlı problemlər yaradırdı. Hətta "Malmö" forması geyinərkən komanda yoldaşları ilə yaşadığı ciddi münaqişələr onu klubdan qovulmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Lakin 18 yaşı ərəfəsində vəziyyət müsbətə doğru dəyişməyə başlayıb. O dövrdə Zlatan futbolun gələcəyini xilas edəcək yeganə vasitə olduğunu dərk etdi. 1999-cu ildə "Malmö"nün əsas komandasında rəsmi debüt edən hücumçu 2001-ci ildə karyerasının ən vacib dönüş nöqtəsinə çatdı: Niderlandın "Ayaks" klubuna transfer olundu. O, İsveç təmsilçisində keçirdiyi 40 liqa matçında 16 qol vuraraq Amsterdam nəhənginin diqqətini çəkmişdi. Məhz bu tarixi transferlə Rusenqord küçələrində formalaşan Zlatanın qlobal futbol arenasına yürüşü start götürdü. Zlatan artıq "İbrahimoviç" olmağa başladı Malmö dövründə futbol ictimaiyyəti onu sadəcə "Zlatan" olaraq tanıyırdı. "Ayaks"a keçidindən dərhal sonra isə o, formasının kürəyinə soyadının yazılmasını tələb edib. Bu, gənc ulduz üçün adi bir yazıdan daha dərin məna kəsb edirdi. İbrahimoviç öz kökünü, mənşəyini və hansı çətinliklərdən gəldiyini bütün dünyaya nümayiş etdirməkdə qərarlı idi. Miqrant ailəsində doğulan və Rusenqord küçələrindən çıxan bir gəncin Avropanın ən möhtəşəm yaşıl səhnələrinə addım atması bütövlükdə cəmiyyətə verilən güclü bir mesaj hesab olunurdu.
"Ayaks"dan sonra "Yuventus", "İnter", "Barselona", "Milan", PSJ, "Mançester Yunayted" və "Los-Anceles Qalaksi" Karyerası ərzində qitənin ən nəhəng klublarını gəzən Zlatan oynadığı hər yerdə həm baxımlı qolları, həm də səs-küylü hərəkətləri ilə medianın gündəmini zəbt etməyi bacardı. O, heç bir halda süni təvazökarlıq nümayiş etdirən futbolçu obrazına girmədi. Əksinə, sarsılmaz özünəinamını hər fürsətdə göz önünə sərirdi. Meydanda rəqiblərlə, paltardəyişmə otağında məşqçilərlə, mətbuat konfranslarında isə jurnalistlərlə yaşadığı kəskin mübahisələr onun imicinin ayrılmaz hissəsi idi. İspaniya nəhəngi "Barselona"da çıxış edərkən baş məşqçi Pep Qvardiola ilə yaşadığı ciddi fikir ayrılıqları bu günə qədər futbol ictimaiyyətinin yaddaşından silinməyib. Buna baxmayaraq, bütün bu xarakterik sərtliklərin arxasında onun meydandakı fantastik nəticələri dayanırdı.
Karyerası boyunca 500-dən çox klub qoluna imza atan hücumçu onlarla titula sahib çıxıb. UEFA-nın rəsmi məlumatlarına əsasən, o, İsveç yığmasının heyətində vurduğu 62 qolla milli komanda tarixinin ən məhsuldar futbolçusu kimi rekorda imza atıb. Çempionlar Liqası olmadı... Möhtəşəm futbol karyerasında arzulana biləcək demək olar ki, hər şey mövcud idi. İtaliya, İspaniya, Fransa, İngiltərə və ABŞ çempionatlarında əldə edilən zəfərlər, onlarla fərdi mükafat, tarixdə iz qoyan qollar və qırılmaz rekordlar... Lakin bu parlaq tablonun yeganə çatışmayan detalı Çempionlar Liqasının kuboku oldu. Nüfuzlu turnirdə "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", PSJ və "Mançester Yunayted" kimi nəhənglərin formasını geyinməsinə rəğmən, Avropanın bir nömrəli klub kubokunu başı üzərinə qaldırmaq ona qismət olmadı. Qeyd edək ki, İbrahimoviç Çempionlar Liqası çərçivəsində keçirdiyi 124 matçda rəqib qapılarından 48 top keçirib. Ehtimal ki, məhz bu amil onun bioqrafiyasına xüsusi bir maraq qatır. Bütün möhtəşəm nailiyyətlərinə rəğmən, Zlatanın zəngin karyerasında yalnız bir sual həmişə cavabsız qaldı: "Niyə Çempionlar Liqası yoxdur?" Futbolçu getdi, İbrahimoviç qaldı 2023-cü il iyunun 4-də "Milan" forması altında peşəkar futbolçu karyerasına rəsmən nöqtə qoyan İbrahimoviç vidalaşarkən göz yaşlarına hakim ola bilmədi. Yaşıl meydanlarda keçən 24 illik peşəkar fəaliyyət başa çatsa da, əfsanəvi hücumçu sevimli idman növündən tam uzaqlaşmadı. O, elə həmin ilin dekabr ayında "Milan"ın sahibi olan "RedBird" fondunun əməliyyat tərəfdaşı və klub rəhbərliyinin baş məsləhətçisi vəzifəsinə təyin olundu. Bununla da, yaşıl meydanlarda bitən macəra futbol idarəçiliyində yeni bir səhifə olaraq davam etdi.
Rusenqard heç vaxt unudulmadı Zlatan qlobal miqyasda ən məşhur və varlı idmançılardan birinə çevrilməsinə baxmayaraq, haradan gəldiyini və keçmişini əsla yaddaşından silmədi. 2007-ci ildə o, böyüdüyü Rusenqord məhəlləsində yeniyetmələr üçün müasir futbol meydançasının inşasına şəxsən maliyyə dəstəyi ayırdı. Əsas məqsəd isə həmin məhəllədəki uşaqlara öz uğur hekayəsini əyani şəkildə nümayiş etdirmək və onlara motivasiya vermək idi. "Haradan gəldiyini qətiyyən unutmamaq lazımdır" - deyə bildirən ulduz üçün Rusenqard sadəcə uşaqlıq xatirələrinin ünvanı deyildi. Bu məkan onun əsl xarakterinin bərkidiyi, futbola olan ehtirasının yarandığı və bütöv həyatının istiqamətini dəyişdiyi həlledici nöqtə idi.
Zlatan niyə fərqli idi? Zlatan İbrahimoviçi digər onlarla ulduzdan fərqləndirən əsas amil, ehtimal ki, onun adi bir futbolçu olmaqdan əvvəl məhz özünəməxsus "Zlatan" brendinə çevrilməyi bacarması oldu. Öz şəxsi obrazını şəxsən inşa edən isveçli hücumçu kasıb məhəllədən çıxaraq, küçə qanunları ilə böyüdü, səhvlər etdi, oğurluğa əl atdı, amma nəticədə futbolu həyatının mərkəzinə yerləşdirərək Avropanın ən nəhəng klublarının formasını daşımağa nail oldu. Karyerası boyunca onu həm fanatikcəsinə sevənlər, həm də sərt şəkildə qınayanlar az olmadı. İdman ictimaiyyətinin bir qismi üçün o, bəşəriyyətin ən istedadlı və güclü hücumçularından biri, digərləri üçün isə sadəcə idarəolunmaz eqoya sahib bir futbolçu idi. Lakin ortada təkzibedilməz bir reallıq var: Zlatan İbrahimoviç dünya futbol tarixinə elə bir möhür vurdu ki, özünə bənzəyəcək ikinci bir adın meydana çıxmasına imkan buraxmadı.

Mənbə
oxu.az