Cəmiyyət

Bakının bəzi ərazilərində işıq olmayacaq

03 Oct 2026, 00:38 2 baxış
Bakının bəzi ərazilərində işıq olmayacaq

Suraxanı rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.


Elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaq məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.


Təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsinin "Kondisioner bağları" yaşayış massivində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.


Təmir işləri başa çatdıqdan sonra həmin ərazidə yaşayan abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Mənbə axar.az

Oxşar Xəbərlər