Dünya
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. Oxu.Az xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər koronar arteriyaların stentlənməsi əməliyyatı aparıblar. Nəticədə ürəyə qan axını bərpa olunub. Hazırda xəstənin vəziyyəti yaxşılaşır və o, artıq müstəqil şəkildə yeriyə bilir. Regionun səhiyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Aliomar Axmedov bildirib ki, yeni qəbul şöbəsində yaradılan "qırmızı zona" sayəsində xəstəni demək olar ki, dərhal şok əleyhinə reanimasiya şöbəsinə çatdırmaq mümkün olub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər