Cəmiyyət

Göygöldə bağçada yanğın oldu

05 Jan 2026, 13:55 1 baxış
Göygöldə bağçada yanğın oldu

Göygöl şəhərində uşaq bağçasının ərazisində yanğın baş verib.


Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.


Bildirilib ki, ərazidə ümumi sahəsi 20 kvadratmetr olan qazanxananın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.


"Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər