Cəmiyyət

KTM bayram günlərində zəhərlənənlərin sayını açıqladı

05 Jan 2026, 10:22 1 baxış
KTM bayram günlərində zəhərlənənlərin sayını açıqladı
Azərbaycanda bayram tətili günlərində (31.12.2025-05.01.2026-ci il tarixinə qədər) 13 nəfər zəhərlənib. Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb. Bildirilib ki, Mərkəzin Toksikologiya şöbəsinə müraciət edənlərdən dördü dərman, biri siçan əleyhinə dərman (rodensit),biri dəm qazı, biri yandırıcı məhlul, altısı isə sirkə turşusundan zəhərlənən şəxslərdir. "Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar. Ölüm faktı qeydə alınmayıb", - məlumatda qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər