Cəmiyyət

"BakuBus"a məxsus sərnişin avtobusu minik maşını ilə TOQQUŞUB

05 Jan 2026, 10:30 1 baxış
"BakuBus"a məxsus sərnişin avtobusu minik maşını ilə TOQQUŞUB
Bakıda "BakuBus"a məxsus sərnişin avtobusu qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.

Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib. O qeyd edib ki, hadisə ötən gün saat 18:38-də qeydə alınıb:
"BakuBus" MMC-nin istismarında olan 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, qarşıdan gələn minik avtomobili sürücüsünün idarəetməni itirməsi səbəbindən əks hərəkət zolağına çıxıb və avtobusla toqquşub. Hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyi təmin edilib və operativ şəkildə həmin marşrut üzrə hərəkət edən digər avtobusa yönləndirilib. Hadisə ilə bağlı dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır". Əzizə İsmayılova
"BakuBus"a məxsus sərnişin avtobusu minik maşını ilə TOQQUŞUB
Mənbə oxu.az

Oxşar Xəbərlər