Cəmiyyət

Zəncirvari qəza: 6 maşın toqquşdu - Foto

04 Jan 2026, 15:53 1 baxış
Zəncirvari qəza: 6 maşın toqquşdu - Foto

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.


İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", VAZ-2104, "Çanqan" və BMV markalı minik avtomobilləri toqquşub.


Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.


Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər