İdman

Yaşlı qadınlarla bağlı ittiham: Kerroll Kapello ilə yaşadığı hadisəni açıqladı

03 Oct 2026, 02:28 2 baxış
Yaşlı qadınlarla bağlı ittiham: Kerroll Kapello ilə yaşadığı hadisəni açıqladı
İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll "Owning It" adlı avtobioqrafiyasında italiyalı mütəxəssis Fabio Kapellonun rəhbərliyi altında çalışdığı dövrü xatırlayıb. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu milli komandaya dəvət aldığı zaman Kapello ilə arasında yaşanan gözlənilməz və qəribə münaqişələrdən danışıb. Kerroll milli komandanın düşərgəsində baş verən telefon insidentini belə xatırlayıb: "Baş məşqçi Fabio Kapello bir az dəli idi. Komanda iclasına 15 dəqiqə qalmış gəlib döşəmədə oturaraq telefonuma baxırdım. Kapello içəri girdi, yanıma yaxınlaşdı və telefonu əlimdən alıb apardı. "Biz burada işləməyə çalışırıq! Telefonla məşğul olmaqla hörmətsizlik edirsən! Mənə mesaj göndər!" - deyə qışqırdı. Sonra telefonu sinəmə çırpdı". Hücumçunun sözlərinə görə, bu hadisə onu tamamilə çaş-baş salıb. Komanda yoldaşı Eşli Koul isə qorxaraq telefonunu köynəyinin altında gizlətməyə çalışıb. Kerroll başqa bir insidentdən də danışıb. Onun sözlərinə görə, Kapello meydandan kənar davranışları və şəxsi həyatı ilə bağlı yayılan şayiələrə görə onu danlayıb. "Kapellonun kabinetinə girən kimi məni danlamağa başladı: "Sən spirtli içkilər içməyin və yaşlı qadınlarla keçirdiyin gecələrin səbəb olduğu xəbərlərlə daim medianın gündəmindəsən. Buna son qoymalısan". Təəccüblə soruşdum: "Nə? Mən belə bir şey etməmişəm". O isə israrla dedi: "Bəli, etmisən. İçirsən və yaşlı qadınlarla yatırsan..." Öz-özümə düşündüm: "Bu adam nə danışır? Ona kim deyib ki, mən nənələrlə yatıram? Yoxsa məni komanda yoldaşlarımdan biri ilə səhv salıb?" Sonda sadəcə onunla razılaşmalı oldum: "Yaxşı, bir də belə şey olmayacaq"".
Mənbə oxu.az

Oxşar Xəbərlər