Cəmiyyət
Qaz sayğaclarında yaranan problem aradan qaldırılıb
Yanvarın 1-dən etibarən smart-kart tipli qaz sayğaclarında balansın artırılması ilə bağlı vətəndaşların üzləşdiyi çətinliklər aradan qaldırılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, yaranmış texniki nasazlıq bu gün həll edilib. Hazırda həm əvvəldən problem yaşayan abonentlər, həm də balansını yeni artıran vətəndaşlar heç bir maneə olmadan vəsaiti karta, oradan isə qaz sayğacına köçürə bilirlər.
Mənbə
oxu.az