Cəmiyyət

Bakıda usta iş yerində qəfil öldü

03 Jan 2026, 16:55 1 baxış
Bakıda usta iş yerində qəfil öldü

Bakıda usta iş yerində ölüb.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 2-si paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində baş verib.


Orada usta işləyən 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov avtomobil təmir edərkən halı qəfil pisləşib. O. hadisə yerində dünyasını dəyişib.


İlkin ehtimala görə, M.Qasımov ürək çatışmazlığından ölüb.


Faktla bağlı araşdırmalar aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər