Cəmiyyət
"Metro və avtobusdan istifadə etmirəm, amma kartımdan gedişhaqqı çıxılır" - ŞİKAYƏT
Bakı sakini Rafael Abbasov metro və avtobusdan istifadə etmədiyi halda kart balansından gedişhaqqının çıxdığını bildirir. R.Abbasov Oxu.Az-a müraciətində qeyd edib ki, ictimai nəqliyyatdan istifadə etmədiyi halda bank kartından bir neçə dəfə 0,60 manat çıxılıb.
{{gallery}} Müraciətdə həmçinin bildirilir ki, oxşar hal gecə saat 04:00-da da baş verib. Şikayətçinin sözlərinə görə, dekabrın 29-da günorta və gecə saatlarında evində olub, avtobusdan, metrodan istifadə etməyib: "Əməliyyat tarixçəmdə müxtəlif vaxtlarda "TP BUS" və "TP METRO" qeydləri ilə bir neçə dəfə 0,60 manatın çıxıldığı görünür. Kartımda həmişə pul olub, söhbət əvvəlki borcun tutulmasından da getmir. NFC texnologiyası ilə bağlı problem ola bilər. Çünki yeni tətbiq olunur. Gedişhaqqının hansı əsasla çıxıldığı məlum deyil. Ümumilikdə kartımdan təxminən 3 manat vəsait əsassız silinib". Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb. Məhərrəm Əliyev

Mənbə
oxu.az