İdman

Milli komandaların ən çox maaş alan 10 baş məşqçisi bəlli oldu

03 Oct 2026, 01:36 1 baxış
Milli komandaların ən çox maaş alan 10 baş məşqçisi bəlli oldu
Braziliya millisinin baş məşqçisi, italiyalı mütəxəssis Karlo Ançelotti illik 10 milyon avro məvaciblə milli komandaların baş məşqçiləri arasında ən yüksək ödəniş alan mütəxəssisdir. Oxu.Az bu barədə "AS" nəşrinə istinadən xəbər verir. Siyahıda ikinci yeri Almaniya millisinin baş məşqçisi Yurgen Klopp (7 milyon avro), üçüncü yeri isə ABŞ yığmasının çalışdırıcısı Maurisio Poçettino (6.8 milyon avro) tutur. "AS" nəşrinin məlumatına görə, milli komandaların ən yüksək məvacib alan 10 baş məşqçisi aşağıdakılardır: - Karlo Ançelotti (Braziliya millisi) - illik 10 milyon avro, - Yurgen Klopp (Almaniya millisi) - 7 milyon avro, - Maurisio Poçettino (ABŞ millisi) - 6.8 milyon avro, - Tomas Tuhel (İngiltərə millisi) - 6 milyon avro; - Luis de la Fuente (İspaniya millisi) - 5 milyon avro; - Jorji Jezuş (Portuqaliya millisi) - 4 milyon avro; - Zinəddin Zidan (Fransa millisi) - 3.6 milyon avro; - Xavi (Niderland millisi) - 3 milyon avro; - Lionel Skaloni (Argentina millisi) - 2.3 milyon avro; - Ralf Ranqnik (Avstriya millisi) - 2 milyon avro.
Milli komandaların ən çox maaş alan 10 baş məşqçisi bəlli oldu
Mənbə oxu.az

Oxşar Xəbərlər