Digər

Rusiyada məhbus qatarda qətliam törətdi

03 Oct 2026, 01:43 2 baxış
Rusiyada məhbus qatarda qətliam törətdi

Rusiyada Vladiqafqaz-Adler qatarında məhbuslardan biri Federal Xidmətin (FSİN) əməkdaşlarına silahlı hücum edib. Biri həlak olub, üçü isə ağır yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Cəzaların İcrası Federal Xidməti (FSİN) məlumat yayıb.


O, mühafizəçilərdən birindən odlu silahı ələ keçirib və sonra onlara tərəf bir neçə dəfə atəş açıb.


Məhbus qaçmağa cəhd etsə də, zərərsizləşdirilib.


Bundan əlavə, bildirilib ki, vaqonda məhbusların etiraza qalxması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər