Dünya
Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabiq prezidenti Co Baydenə qarşı da belə bir addım atmaq imkanı olub. Lakin onun fikrincə, bu, "layiqsiz bir hərəkət olardı". ABŞ prezidenti vurğulayıb ki, demokratlar noyabr ayında keçiriləcək aralıq seçkidə Konqresə nəzarəti ələ alsalar, ona qarşı impiçment proseduruna başlaya bilərlər. "Onlar bunu mənə qarşı etmək istəyirlər", - deyə Tramp əlavə edib.
Mənbə
oxu.az