Digər
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
Şimali Kiprin Girnə limanı yaxınlığında batan gəminin qəzasına səbəb gövdəyə suyun sızması olub.
Axar.az xəbər verir ki, bu barədə “Kibris” qəzeti məhkəmə iclasına istinadla məlumat yayıb.
Məlumata görə, açıq qalan qapılardan bölmələrə su daxil olub və gəmi sabitliyini itirərək batıb.
Məhkəmə batmış gəminin “qara qutu”sunun Türkiyəyə göndərildiyini də bildirib.
Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb. Qəza zamanı gəmidə 267 nəfər olub, 239 nəfər xilas edilib, 18 nəfər ölüb, 10 nəfər isə itkin düşüb. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər saxlanılıb.
Mənbə
axar.az