İqtisadiyyat
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - Video
Azərbaycanda problemli kreditlərin məbləği 721.8 milyon manata çatıb. İlin əvvəlindən vaxtı keçmiş kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Baku TV-nin məlumatına görə, Mərkəzi Bank açıqlayıb ki, 2026-cı il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721.8 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 37.6 faiz çoxdur. Beləliklə, problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2.1 faizə yüksəlib. Bir il əvvəl bu göstərici 1.7 faiz olub.
İqtisadçıların fikrincə, problemli kreditlərin artması bankların ehtiyat xərclərinin yüksəlməsinə, kredit şərtlərinin sərtləşdirilməsinə və kredit faizlərinin aşağı düşməsinin ləngiməsinə səbəb ola bilər. İqtisadçı Eyyub Kərimli bildirib ki, dünya təcrübəsində problemli kreditlərin ümumi kredit portfelində payının 3 faizi keçməsi riskli hədd hesab olunur. Onun sözlərinə görə, Azərbaycanda problemli kreditlərin artım tempi yüksəkdir. Qeyd edək ki, sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən 21 bankın ümumi kredit portfeli 32 milyard 824.2 milyon manat olub. Kredit portfelinin 54.3 faizini biznes, 31.3 faizini istehlak, 14.4 faizini isə ipoteka kreditləri təşkil edib. Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 9.2 faiz artıb.

Mənbə
oxu.az