Dünya

Qərb ölkələri Kiyevdəki vəziyyətə görə hərəkətə keçdilər

03 Oct 2026, 01:54 2 baxış
Qərb ölkələri Kiyevdəki vəziyyətə görə hərəkətə keçdilər
Qərb ölkələri Ukraynanın paytaxtı Kiyevdə vəziyyətin daha da gərginləşəcəyi təqdirdə diplomatik nümayəndəliklərini şəhərdən köçürmək üçün ehtiyat planlar hazırlayıblar. Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə iki yüksəkvəzifəli diplomat məlumat verib. Diplomatik nümayəndəliklərin müvəqqəti yerləşdirilməsi üçün Lvov şəhəri və ya Polşanın şərq bölgələri nəzərdən keçirilir. Mənbələrdən biri Kiyevdə vəziyyətin "sürətlə pisləşdiyini" vurğulayıb. Təcili köçürülmə ssenarilərinin hazırlanmasına baxmayaraq, Qərb ölkələrinin rəsmi nümayəndələri diplomatik fəaliyyətlərini Kiyevdə normal rejimdə davam etdirmək niyyətində olduqlarını bildirirlər. Paytaxtda gərginliyin artdığını Kiyevin meri Vitali Kliçko da təsdiqləyib. O, vəziyyəti "çox gərgin" kimi qiymətləndirib və şəhərdə baş verən dəyişikliklərə artıq göz yummağın mümkün olmadığını bildirib.
Qərb ölkələri Kiyevdəki vəziyyətə görə hərəkətə keçdilər
Mənbə oxu.az

Oxşar Xəbərlər