Digər

ABŞ və Ukrayna bu sahədə ilk razılaşmanı imzaladı

03 Oct 2026, 01:32 2 baxış
ABŞ və Ukrayna bu sahədə ilk razılaşmanı imzaladı

ABŞ və Ukrayna kritik əhəmiyyətli minerallar sahəsində ilk sazişi imzalayıb.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının investisiya bölməsinin rəhbəri Konor Koulman məlumat verib.


Məlumata görə, Birgə İnvestisiya Fondu Ukraynanın "BGV Group" şirkəti ilə birgə investisiya platformasına təxminən 30 milyon dollar sərmayə yatırır. Qeyd olunub ki, fond nadir torpaq metalları, uran, berillium və sirkonium yataqları da daxil olmaqla, faydalı qazıntıların hasilatı layihələri ilə məşğul olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər