Cəmiyyət
Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatar reysi ləğv olunub - SƏBƏB
Bu gün Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatar reysi ləğv olunub.
Bu barədə Oxu.Az-a məlumat daxil olub. Qeyd olunub ki, saat 08:22-də Zabratdan keçəcək olan qatarın ləğv edildiyi bildirilib: "Ləğv olunma səbəbi haqqında isə heç bir məlumat verilməyib". Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, səbəb texniki nasazlıq olub.
"Sumqayıt-Bakı marşrutu üzrə hərəkət etməli olan qatarda texniki nasazlıq aşkar edildiyi üçün reyslərdən biri ləğv olunub, sərnişinlər digər reyslərə yönləndiriliblər", - deyə B.Hacıyev bildirib. Əzizə İsmayılova

Mənbə
oxu.az