Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 3 stansiyanın işi bərpa olundu

29 Dec 2025, 22:02 2 baxış
Azad edilmiş ərazilərdə daha 3 stansiyanın işi bərpa olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, "AZCON Holding" şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.


Axar.az xəbər verir ki, 29 dekabr 2025-ci il tarixində Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz Radio-Televiziya Yayım Stansiyalarının işi bərpa edilib.


Bununla da işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 11-ə çatdırılmaqla rəqəmsal televiziya və FM radio yayımlarının əhatəsi və siqnal keyfiyyəti artırılıb.


Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər