Mədəniyyət
"44" filmi: Zəfərə gedən yolda sevgi və qəhrəmanlıq salnaməsi - Video
"44" bədii filmi bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır. Baku TV-nin məlumatına görə, filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını əks etdirir.
Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və xüsusi təyinatlı qrupun komandiri polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir. "44" sadəcə müharibə haqqında film deyil. Bu, qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir. "44" Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.

Mənbə
oxu.az