İdman
Lionel Messi Argentina millisində son məşqinə çıxdı
Argentina milli komandasının kapitanı və hücumçusu Lionel Messi yığmanın heyətində son məşqinə çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb. Oktyabrın 7-də Argentina milli komandası yoldaşlıq görüşündə Benin yığması ilə qarşılaşacaq. Bu oyun Messinin Argentina millisinin formasında keçirəcəyi sonuncu matç olacaq. Oktyabrın 5-də komandanın düşərgəsinə qoşulan ulduz futbolçu artıq son məşqini də tamamlayıb. Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina milli komandasının şərəfini qoruyur.
Mənbə
oxu.az