Digər

Səudiyyə koalisiyası husilərin hədəflərinə zərbələr endirdi

06 Oct 2026, 01:37 2 baxış
Səudiyyə koalisiyası husilərin hədəflərinə zərbələr endirdi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Hərbi Dəniz Qüvvələri Yəmənin Əl-Hudeydə əyalətində husi üsyançı hərəkatına məxsus hədəflərə zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə alyansın sözçüsü Türki əl-Maliki deyib.


"Əməliyyat husi terrorçu qrupuna məxsus qanuni hərbi hədəflərin məhv edilməsini əhatə edirdi", - deyə o bildirib.


Əl-Malikinin sözlərinə görə, koalisiya qüvvələri Qırmızı dənizin cənubundakı gəmiçilik marşrutlarına planlaşdırılan hücumların qarşısını alıb. Əməliyyat zamanı silah anbarları, eləcə də minalanmış qayıqlar və dəniz minalarının saxlanıldığı yerlər məhv edilib.


Alyansın sözçüsü əlavə edib ki, bu əməliyyatlar Bab əl-Məndəb boğazında naviqasiya təhlükəsizliyini təmin etmək səylərinin bir hissəsidir.


Qeyd edək ki, bundan öncə husilər Ər-Riyad aeroportuna və Qırmızı dəniz sahilində neft emalı zavoduna zərbə endirdiklərini açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər