Kriminal
Astarada "Niva" aşdı: 60 yaşlı sürücü öldü
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Hamuşam kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Əlikram Ağayev idarə etdiyi VAZ-2121 (Niva) markalı avtomobillə torpaq yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.
Sürücü Ə.Ağayev hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, Əlikram Ağayev əvvəllər kənd məktəblərinin birində müəllim işləyib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az