Dünya
Ankara-Şanlıurfa reysi ilə uçan təyyarədə bomba həyəcanı: 143 nəfər təxliyə edildi
Ankaradan Şanlıurfaya uçan "AJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayıcı maddənin olması barədə qeyd aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə Şanlıurfa vilayətinin valisi Hasan Şıldak "X" sosial şəbəkəsində məlumat verib. "5 oktyabr 2026-cı il tarixində saat 19:00-da Ankaradan Şanlıurfaya uçuş həyata keçirən "AJet" aviaşirkətinin 4180 nömrəli reysinin sərnişin təyyarəsində partlayıcı maddənin olması barədə qeyd aşkar edilib. Layner saat 20:05-də Şanlıurfa GAP hava limanına eniş edib", - deyə o bildirib. Qeyd olunur ki, təyyarənin göyərtəsində 136 sərnişin və yeddi heyət üzvü olub. Bütün sərnişinlər və heyət üzvləri təhlükəsiz şəkildə təxliyə edilib. Təhlükəsizlik qüvvələri təyyarənin göyərtəsində yoxlama aparıblar. Bildirilib ki, partlayıcı maddə ilə bağlı qeyd heyət tərəfindən təyyarənin tualetində tapılıb. Qeydin aşkarlandığı təyyarədə aparılan axtarış zamanı hər hansı partlayıcı maddə aşkarlanmayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər