Mədəniyyət
Bakıda bu həftə maraqlı mədəni tədbirlər olacaq - Afişa
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq. Oxu.Az oktyabrın 5-dən 11-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: Oktyabrın 8-də saat 19:00-da N.V.Qoqolun "Müfəttiş" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Biletlərin qiyməti 10-25 manatdır.
Oktyabrın 9-da saat 19:00-da Vilyam Şekspirin "Kral Lirin faciəsi" tamaşası olacaq. Ekzistensial faciə janrında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Şota Rustaveli adına Gürcüstan Milli Teatrının Baş rejissoru David Sakvarelidzedir. Biletlərin qiyməti 10-50 manatdır.
Oktyabrın 10-da saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Oktyabrın 11-də saat 19:00-da Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." tamaşası nümayiş olunacaq. Fəlsəfi-dekonstruktiv metadram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir. Biletlərin qiyməti: 10-25 manat.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı: Oktyabrın 9-da saat 19:00-da Bengt Alforsun "35 ildən sonra" tamaşası təqdim olunacaq. Quruluşçu rejissor Müşfiq Əliyevdir. Biletlərin qiyməti: 10 manat.
Oktyabrın 10-da saat 19:00-da Fridrix Dürremattın "Dəlixanada qətl" tamaşası təqdim olunacaq. Quruluşçu rejissor Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 10-15 manat.
Oktyabrın 11-da saat 19:00-da Samuel Bekketin "Qodo həsrətində" tamaşası təqdim olunacaq. Quruluşçu rejissor Əməkdar artist Şövqi Hüseynovdur. Biletlərin qiyməti: 10 manat.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı: Oktyabrın 8-də saat 19:00-da Kamal Abdullanın "Gülçöhrə və Əsgər" musiqili dramı baş tutacaq. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur. Biletlərin qiyməti: 10-20 manat.
Oktyabrın 10-da saat 19:00-da yazıçı-dramaturq Sabit Rəhmanın "Əliqulu evlənir" pyesi əsasında Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu bu gün evlənir" komediyası nümayiş olunacaq. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir. Biletlərin qiyməti 8-15 manatdır.
Oktyabrın 11-də saat 19:00-da "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Zal qızı Zalxa" tamaşası baş tutacaq. Quruluşçu rejissor Samir Qulamovdur. Biletlərin qiyməti: 10-20 manat.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): Oktyabrın 10-da saat 19:00-da yapon dramaturq Koki Mitaninin əsəri əsasında hazırlanan "Master-klass" tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Biletlərin qiyməti: 5-15 manat.
Oktyabrın 11-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur. Biletlərin qiyməti 5-15 manatdır.
Heydər Əliyev Sarayı: Oktyabrın 8-də saat 19:00-da 2 pərdəli, 7 şəkilli "Yeddi gözəl" baleti oynanılacaq. Biletlərin qiyməti: 15-45 manat.
Oktyabrın 10-da Beynəlxalq səviyyəli violonçel ifaçısı və "Soul Therapy" layihəsinin yaradıcısı Bagjan Oktyabrın konserti. Biletlərin qiyməti: 40-105 manat.

Mənbə
oxu.az